Rusiyada sürücü polisi qumbara ilə hədələyərək girov götürüb – FOTO

Dünya

Saxalində (Rusiya) sərxoş sürücü polisi qumbara ilə hədələyərək girov götürüb. O, polisdən onu oğlu ilə birlikdə qonşu kəndə aparmasını istəyib.

Məlumata görə, iyulun 31-də gecə saatlarında yol polisi əməkdaşları şübhəli avtomobili görüb və onu saxlayıblar. İçəridə sərxoş vəziyyətdə olan və doqquz aylıq oğlunu harasa aparan Roman Qiniyatulin olub.

Kişi polisləri görən kimi qumbara çıxarıb, onun sancağını çəkib və özünü partlatmaqla hədələyərək müfəttişlərdən birinə sükan arxasına keçməyi əmr edib. Polis zabiti sürücünün xahişini yerinə yetirmək məcburiyyətində qalıb. Bundan sonra Roman onu oğlu ilə birlikdə qonşu kəndə aparmasını tələb edib.

Məntəqəyə çatanda onu hadisə yerində artıq polislər gözləyiblər. Xoşbəxtlikdən, qumbara mulyaj olub. Kişi saxlanılıb, uşaq isə xəstəxanaya yerləşdirilib.

Qiniyatulinlə bağlı “hökumət nümayəndələrinə qarşı zorakılıq” maddəsilə cinayət işi açılıb.

Mənbə: BAZA

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir