Baldızı Peru prezidentinə problem yaratdı: İqamətgaha basqın etdilər

Dünya

Perunun prokurorluq əməkdaşları prezident Pedro Kastilonun rəsmi iqamətgahı olan Hökumət Sarayına basqın ediblər.

Məlumata görə, dövlət başçısının baldızı Yenifer Paredes korrupsiyadan və nüfuzdan sui-istifadə ilə dövlətə zərər vurmaqda şübhəli bilinərək axtarışa verilib.

Paredes ölkə rəhbərinin iqamətgahında tapılmayıb.

Qeyd edilir ki, prezidentin 27 yaşlı qohumu yaşayış məntəqələrindən birinin sakinlərini suyun təmizlənməsi sistemi layihəsinin həyata keçirilməsinə inandırmağa çalışdığı barədə videonun yayılmasından sonra axtarışa verilib.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir