Türkiyə ilə Ermənistan arasında 5-ci görüşün tarixi AÇIQLANDI

Dünya

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində 5-ci görüşün sentyabr ayında keçiriləcəyi açıqlanıb.

“Proses kövrəkdir, biz davamlı sülhü təmin etməliyik”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Qeyd edilib ki, görüş düşmənlərin iclası deyil, ona görə də 3-cü ölkədə keçirilməyəcək.

İki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpasına qərar verilib və qarşılıqlı uçuşlar fevral ayından başlayıb.

Xüsusi Nümayəndələr ikinci iclasını fevralın 24-də, üçüncü iclasını isə mayın 3-də Vyanada keçiriblər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Dördüncü iclas iyulun 1-də Vyanada baş tutub. Görüşdə Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri – Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iştirak ediblər.

Mənbə: A Haber

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir