Pentaqon Ukrayna üçün sursatların təyyarəyə necə yükləndiyini nümayiş etdirdi – VİDEO

Dünya

ABŞ ordusu Ukrayna üçün daha bir hərbi yardım təyyarəsi hazırlayır.

Təyyarənin yüklənməsinin videosu Pentaqonun “Twitter” hesabında yayımlanıb.

“ABŞ Hərbi Hava Qüvvələrinin 436-cı Hərbi Hava Eskadrilyasının hərbçiləri Ukraynaya yola düşəcək “C-17 Globemaster III” təyyarəsinə sursatlarla dolu paletləri yükləyirlər. Yükləmə Delaver ştatının Duvr hərbi hava bazasında həyata keçirilir”, – deyə məlumatda bildirilir.

Hərbi yardım adətən təyyarə ilə Polşaya, oradan isə quru yolu ilə Ukraynaya aparılır.

Mənbə: Yevropeyskaya pravda

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir