Türkiyə və İsrail noyabr ayınadək səfir mübadiləsi aparacaq

Dünya

Türkiyə və İsrail noyabrın 1-dək səfir mübadiləsini həyata keçirəcək.

İsrail mətbuatının məlumata görə, tammiqyaslı diplomatik münasibətlərin bərpasından sonra səfirlərin təyinatı İsrail parlament seçkilərinə qədər baş tutacaq.

Ehtimal ki, rəsmi Təl-Əvivin Türkiyədəki diplomatik nümayəndəsi vaxtilə Ankarada İsrailin səfəri olmuş və görünür, iki ölkə arasında barışıq prosesində əsas rol oynamış 60 yaşlı İrit Lilian ola bilər.

Lilian Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi ilə, xüsusən də Türkiyə tərəfdən İsraillə əlaqələrə cavabdeh olan İbrahim Kalınla sıx əlaqələr saxlayıb. Onun Türkiyə Xarici İşlər Nazirliyi ilə də yaxşı münasibət qurduğu bildirlir.

Bundan əvvəl Lilian 2015-2019-cu illərdə İsrailin Bolqarıstandakı səfiri vəzifəsində çalışıb və Türkiyə üzrə ekspert hesab olunur.

Xatırladaq ki, avqustun 17-də Türkiyə İsraillə diplomatik münasibətlərin bərpa olunduğunu və Təl-Əvivə səfir təyin ediləcəyini açıqlayıb. İsrail prezidenti İshaq Hersoq qeyd edib ki, diplomatik münasibətlərin bərpası iki ölkə xalqlarının dostluğuna, eləcə də iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Mənbə: Ynet

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir