Rumıniyada təyyarə qəzası: Ölənlər var – VİDEO

Dünya

Avqustun 27-də Rumıniyanın Curcu vilayətinin Letka Noue kəndi yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması iki nəfərin ölümü ilə nəticələnib.

“Təyyarə Letka Noue aerodromundan havaya qalxıb və tezliklə bir şahid onun yaxınlıqdakı meşədə qəzaya uğradığını bildirib. Göyərtədə olan iki nəfər həlak olub”, – deyə Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Ərafat bildirib.

Məlumata görə, qəza yerinə yanğınsöndürmə və tibbi xidmətlər gəlib.

Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir