Kolumbiyada jurnalistlərin olduğu avtomobil gülləbaran edilib edilib, ölənlər var

Dünya

Naməlum şəxslər Kolumbiyanın Maqdalena departamentində odlu silah vasitəsi ilə iki jurnalisti qətlə yetiriblər.

Belə ki, Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş açılıb.

Jurnalistlərdən Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Qanlı olayla əlaqədar departamentin rəhbərliyi təcili iclas çağırıb.

Mənbə: Caracol radiostansiyası

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir