Rusiyalı məşhur müğənni sevgilisinin xəyanətini eşidib insult keçirtdi – FOTO

Dünya

Rusiyalı müğənni və model Anna Kalaşnikova sevgilisinin xəyanət etdiyi ilə bağlı şayiələrdən sonra halı pisləşib, o, insult şübhəsi ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl sosial şəbəkədə Kalaşnikovanın üç il münasibətdə olduğu sevgilisi bankir İvan Semyonovun Rusiyada tanınmış aparıcı, müğənni, aktrisa və dizayner Olqa Buzova ilə tədbirlərin birində səmimi görüntüləri yayılıb. Bundan əlavə, Semyonovun ona milyonlarla qiyməti olan hədiyyələr verdiyi öyrənilib.

Məlumata görə, Kalaşnikova yaşananların fonunda depressiyaya düşüb, bu gün isə Moskvada xəstəxanaların birinə yerləşdirilib.

“Təzyiqi çox düşüb. Hələ ki, müayinədədir. Daha sonra ətraflı məlumat olacaq”, – deyə artistin qardaşı Konstantin Kalaşnikov bildirib.

Mənbə: Pro Zvezd

www.demir-yumruq.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir