Böyük Britaniyanın yeni baş naziri seçildi – VİDEO

Dünya

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının liderliyi uğrunda mübarizədə qalib gəlib.

Bu barədə bazar ertəsi partiyadaxili səsvermənin nəticələrinə görə məlumat verilib.

47 yaşlı Trassın namizədliyi üçün Mühafizəkarlar Partiyasının 81 326 üzvü səs verib. Onun rəqibi, 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak 60 399 səs toplayıb. Beləliklə, hakim partiyanın lideri kimi Trass sentyabrın 6-da baş nazir postunda Boris Consonu əvəz edəcək və yeni hökuməti təyin edəcək.

Trass Böyük Britaniyanın 56-cı (və ya bir neçə dəfə bu vəzifəni tutanlar nəzərə alınmaqla 78-ci), Kraliça II Elizabetin dövründə isə 15-ci baş nazir olacaq. O, həmçinin Marqaret Tetçer (1979-1990) və Tereza Meydən (2016-2019) sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın olacaq.

Yeri gəlmişkən xatırladaq ki, Böyük Britaniya tarixində ilk dəfə Kraliça II Elizabet yeni baş naziri Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) qəbul edəcək. 

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir