Tayvan Rusiyanı vizasız rejimdən kənarlaşdırdı

Dünya

Tayvan hakimiyyəti Rusiyanı 2018-ci ildə eksperimental olaraq tətbiq edilən xüsusi vizasız proqramdan kənarlaşdırıb.

Bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya vətəndaşları üçün vizasız rejim iyulun 31-də bitib və ondan sonra da uzadılmayıb.

Tayvan COVID-19 pandemiyası fonunda 2020-ci ilin mart ayından etibarən bütün əcnəbilər üçün vizasız imtiyazları dayandırmışdı. Sentyabrın 12-dən etibarən isə ada üç günlük karantinə əməl olunması şərti ilə bəzi ölkələrin vətəndaşları üçün vizasız girişi bərpa edib. Bu ölkələrə ABŞ, Avstraliya və Aİ ölkələri də daxildir.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir