Qazaxıstanın paytaxtı əvvəlki adına qayıtdı

Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana adının ölkənin paytaxtına qaytarılması ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Bu barədə dövlət başçısının saytında məlumat verilib.

Qeyd olunur ki, Tokayev “Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.

Əsas dəyişikliklər arasında Nur-Sultan əvəzinə paytaxta Astana adının qaytarılması və prezidentin bir dəfə yeddi illik müddətə seçilə bilməsi var.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir