Tamahına güc gələ bilməyən qvatemalalı 17 nəfərin qatili oldu – FOTO

Dünya

Qvatemalanın cənub-şərqindəki Hokotan şəhərində maşının uçurumdan aşması nəticəsində 17 nəfər həlak olub, daha 13 nəfər yaralanıb. Faciəyə səbəb isə sürücünün 30 nəfərin mindiyi pikapına daha bir nəfəri götürmək istəməsi olub.

Bu barədə şəhərin meri Ramon Dias xəbər verib.

Onun sözlərinə görə, qurbanlardan üçü uşaq, 12-si qadındır.

Qəzanın səbəbləri barədə ilkin versiyadan danışan mer bildirib ki, adamı mindirmək üçün pikapı saxlamaq istəyən sürücü idarəetməni itirib və maşın arxaya sürüşüb.

“Maşın təxminən 100 metr dərinlikdə uçuruma yuvarlanıb”, – deyə Dias bildirib.

Faktla bağlı araşdırmalar davam edir.

Mənbə: elPeriodico