Türkiyə və Rusiya müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə etdilər

Dünya

Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb.

Söhbət zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri, xüsusilə Ukrayna və Suriya ətrafındakı vəziyyət müzakirə edilib.

Akar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə dilə gətirdiyi kimi, daha çox insan tələfatının qarşısının alınması, bölgədə sülh və sabitliyin bərpası üçün təcili atəşkəsin vacibliyini vurğulayıb.

Taxıl daşınması sahəsində uğurla davam edən əməkdaşlığın qiymətləndirildiyi danışıqlarda humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin bu istiqamətdə üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.

Akar, həmçinin Suriyanın şimalında terror təhlükəsinin və dəhlizinin daimi olaraq qarşısının alınması, terror təşkilatlarının zərərsizləşdirilməsinin əsas prioritet olduğunu qeyd edib. Söhbət zamanı bu məsələ ilə bağlı əldə edilmiş razılaşmalara əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Mənbə: TRT