Zelenski 3800-dən şəxsə və Putinin qohumlarına qarşı sanksiyalar tətbiq etdi

Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski iki fərman imzalayıb.

Fərman Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) bir sıra rusiyalılara və Rusiya şirkətlərinə qarşı sanksiyalarla bağlı qərarlarını qüvvəyə mindirir.

Bu barədə Prezidentin saytında dərc olunmuş sənədlərdə məlumat verilir.  

Milli Təhlükəsizlik və Müdafiə Şurasının qəbul etdiyi siyahıya müvafiq olaraq 2507 və 1374 olmaqla 3800-dən çox fiziki və hüquqi şəxs daxil edilib.

“Bu gün (19 oktyabr – red.) Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı iki fərman imzalayıb. Bu, böyük, çətin, əziyyətli iş idi. Bu sanksiyalar dərc edildikdən sonra Rusiya oliqarxlarının və çoxlu sayda şirkətlərin, müəssisələrin və s.-nin kifayət qədər gözlənilməz adları ortaya çıxacaq”, – deyə MTMŞ-nin katibi Aleksey Danilov “Kanal 24”ün efirində prezidentin qərarını şərh edərkən qeyd edib.

Mənbə: RBC.ua