Sunakın rəsmən baş nazir olacağı tarix açıqlandı

Dünya

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının yeni lideri Rişi Sunak oktyabrın 25-də Kral III Çarlzla görüşdən sonra baş nazir vəzifəsinin icrasına başlayacaq.

Bu barədə bazar ertəsi Dauninq-strit 10 ünvanındakı ofisdən verilən məlumatda deyilir.

Qeyd olunur ki, səlahiyyət müddəti başa çatan baş nazir Liz Trass səhər saatlarında Nazirlər Kabinetinin üzvləri ilə görüşəcək və bundan sonra iqamətgahında vida nitqi söyləyəcək. Yerli vaxtla təxminən 10:15-də (Bakı vaxtı ilə 13:15) o, III Çarlzın istefasını qəbul edəcəyi Bukingem Sarayına gələcək.

Daha sonra monarx Sunakla görüş keçirəcək və bu görüşdə ona Britaniya hökumətini qurmağı təklif edəcək. Təxminən saat 11:35-də (Bakı vaxtı ilə 14:35) yeni hökumət başçısı Böyük Britaniya xalqı qarşısında çıxış edəcək.

Mənbə: TASS