Serbiya Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildilər

Dünya

Serbiya Silahlı Qüvvələri Kosovo və Metohiyadakı vəziyyətə görə yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər.

Bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç məlumat verib:

“Respublikanın prezidenti ali baş komandan kimi Serbiya ordusuna hazır olmaq, istənilən tapşırığa cavab verməyə hazır olmaq üçün döyüş hazırlığının səviyyəsini yüksəltmək barədə göstəriş verib”.

Mənbə: TASS