Norveçdə səma çəhrayı rəngə boyandı – FOTO

Dünya

Norveçdə qeyri-adi şimal parıltısı müşahidə olunub.

Bir qayda olaraq, yaşıl rəngə malik təbiət hadisəsi bu dəfə özünü fərqli rəngdə büruzə verib. Belə ki, ölkə səması çəhrayı rəngə boyanıb.

Mütəxəssislərin sözlərinə görə, bu amil Yerin maqnit sahəsindəki çatla əlaqədardır. Oksigen əvəzinə bu dəfə Günəş işıqları adətən radiasiyasının ümumiyyətlə çatmadığı azot təbəqəsi üzərinə düşüb ki, bu səbəbdən də səmadakı işıqlar yaşıl deyil, çəhrayı olub.

Mənbə: lenta.ru