Xersonda təxliyə başa çatdı: Sonuncu gəmi Dnepr sahilindən ayrıldı – FOTO

Dünya

“Xersonda son gəmi Dnepr çayının sağ  sahilindən ayrıldı. Mütəşəkkil evakuasiya çərçivəsində Xerson şəhərindən son gəmi vilayətin sol sahilinə çıxdı”.

Bu barədə Ukraynanın işğal olunmuş Xerson şəhərinin “vitse-qubernatoru” Kirill Stremousov öz “Telegram” kanalında məlumat verib.

“Noyabrın 7-də insanları sol sahilə apara biləcək sonuncu gəmi Xerson vilayətinin sağ sahilindən yola çıxdı”, – deyə  Stremousov qeyd edib.

O əlavə edib ki, bundan sonra şəhərdən çıxmaq istəyənlər özləri sərbəst şəkildə təxliyə oluna bilərlər.

Mənbə: TASS