Avstraliyada yaşayan iranlılar molla rejiminə qarşı ayağa qalxdılar – VİDEO

Dünya

Avstraliyada yaşayan iranlılar molla rejiminə qarşı ayağa qalxıblar.

Etirazçılar İran xalqına dəstək məqsədilə Avstraliya parlamenti qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Avstraliyanın altı şəhərində çağırışlara dəstək verən şəxslər, media nümayəndələri, parlament üzvləri – Liberallar partiyasının sədri və digər rəsmilər İran xalqının molla rejiminə qarşı qiyamına dəstək məqsədilə Avstraliya parlamentinin qarşısına toplaşaraq etirazlarını bildiriblər.

Aksiyanın təşkilatçısı qadın hüquq və azadlıqlarını məhdudlaşdıran rejimi istəmədiklərini bəyan edib.