Cozef Bayden prezident qismində Çin lideri ilə ilk dəfə görüşdü – VİDEO

Dünya

Balidə keçirilən G20 sammitində Co Bayden ilk dəfə ABŞ prezidenti kimi Çin lideri Si Cinpinlə görüşüb.

Onlar iki dövlət arasında münasibətləri müzakirə ediblər.

Cinpin amerikalı həmkarına heç nəyin üzbəüz görüşü əvəz edə bilmədiyini bildirib. O, ikitərəfli strateji məsələlər üzrə danışıqlar aparmağa, regional və qlobal vəziyyəti müzakirə etməyə hazır olduğunu qeyd edib.

“Hazırda ABŞ və Çin arasında münasibətlər mürəkkəbdir. Biz bundan çox narahatıq… İki ən böyük ölkənin lideri olaraq biz düzgün kursu müəyyənləşdirməli, ikitərəfli münasibətlər üçün düzgün istiqamət tapmalı və onları yeni səviyyəyə çıxarmalıyıq”, – deyə Cinpin bildirib.

Bayden öz növbəsində hər iki dövlətin fikir ayrılıqlarını aradan qaldıra və rəqabətin münaqişəyə çevrilməsinin qarşısını ala biləcəyini deyib.

Qeyd edək ki, tərəflər arasında 2015-ci ildə görüş olub. Ancaq həmin vaxt Cozef Bayden prezident deyildi.

Mənbə: BBC