Paşinyan: “İrəvan Bakı ilə parlamentlərarası əlaqələr qurmağa hazırdır”

Dünya

Ermənistan oktyabrın 31-də üçtərəfli Soçi Bəyannaməsində nəzərdə tutulduğu kimi Azərbaycanla parlamentlərarası əlaqələr yaratmağa hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib.

“Biz parlamentlərarası əlaqələr ideyasına müsbət yanaşırıq. Lakin siz üçtərəfli Soçi Bəyannaməsinə diqqət yetirmisinizsə, sənəddə belə əlaqələrin qurulması və inkişafı üçün mövcud atmosferin yaxşılaşdırılması nəzərdə tutulur”, – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, bütün səviyyələrdə olan nümayəndələrin parlament məsələlərini müzakirə etməsi üçün bir sıra məsələlərin həlli çox vacibdir

Mənbə: TASS