Lukaşenko Moskva-Kiyev danışıqlarının zəruriliyi barədə: “Əks halda ölkə tamamilə məhv olacaq” – VİDEO

Dünya

“Hər şey Ukraynanın əlindədir”.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanda KTMT sammiti çərçivəsində rusiyalı jurnalistlərin Ukrayna ilə sülh müqaviləsinin müzakirə olunub-olunmaması suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, Ukraynadakı vəziyyət sammitdə əsas mövzu olmadığından bu barədə orada ötəri danışılıb. Bununla belə, Belarus dövlətinin başçısı əmindir ki, əgər Ukrayna çoxlu sayda insanların ölməsini istəmirsə, o zaman münaqişə dayandırılmalıdır.

“Ağır, mürəkkəb, çətindir, amma bərpa olunmaq istəyirlərsə, bu, lazımdır. Dayanmaq lazımdır. Çünki bundan sonra Ukraynanı tamamilə məhv olma gözləyir. Bu, Putinin hələ əməliyyatlardan çox əvvəl dediyi “Ukraynanın dövlətçiliyini itirəcəyi” təhlükəsi deyil. Bu, Ukraynanın dağılması olacaq. Dayanmaq lazımdır”, – deyə prezident vurğulayıb.

Mənbə: Belta

Spread the love