Kiyevin 70 faizi susuz qalıb – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya ordusunun növbəti dəfə Ukrayna şəhərlərini uzaqmənzilli raket atəşlərinə məruz qoymasından sonra Kiyevdə kommunal xidmətlərlə bağlı problemlər artıb.

“Dünən saat 12-dən etibarən şəhərdə işıqla bərabər su da kəsilib. Hazırda Kiyevin 70 faizi susuz qalıb”, – deyə məlumatda qeyd edilib.

O da bildirilib ki, son vəziyyətlə əlaqədar sakinlərə Kiyevdən köçmək tövsiyə olunur.

“Kiyevdə bu təklif bir ay əvvəldən − şəhərin infrastrukturları raket hücumuna məruz qalandan bəri var. Lakin insanlar bildirirlər ki, harasa köçmək, yolda qalmaq onlar üçün daha çətindir, nəinki yaranan çətinliyə uyğunlaşmaq”, – deyə jurnalist əlavə edib.

Spread the love