İlon Mask onu tənqid edən Stiven Kinqi “Twitter”in ofisinə dəvət etdi – FOTO

Dünya

“SpaceX” və “Tesla”nın rəhbəri, bu yaxınlarda “Twitter”i də satın alan İlon Mask yazıçı Stiven Kinqi sahikarın ünvanına tənqidlərdən sonra sosial şəbəkənin ofisinə dəvət edib.

Bu barədə o, “Twitter”də yazıb.

Qeyd edək ki, yazıçı iş adamının “amerikalıların avtomobillər haqqında düşüncə tərzini dəyişdirən” şəxs olduğunu, lakin “Twitter”i idarə etmək üçün heç də uyğun olmadığını” bildirib.