Çexiya Ukrayna üçün sovet tipli sursatlar istehsal edəcək

Dünya

Çexiya Ukraynanın ehtiyacları üçün bəzi sovet silah sistemləri üçün sursat istehsal etmək niyyətindədir.

Bunu dekabrın 4-də Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

“Çexiya müəyyən növ sursatlar istehsal etmək gücünə malikdir. Ona görə ki, bir sıra şirkətlər özəlləşdirilsə də bəzi istehsal xətləri olduğu kimi qalır”, – deyə nazir izah edib.

Bildirilib ki, Çexiyanın bu təklifi Ukraynada sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə tükənməsi və NATO ölkələrindən kifayət qədər sursat tədarükünün olmaması ilə bağlıdır.

Mənbə: rossaprimavera.ru