Ukraynada Azərbaycan vətəndaşı həlak olub

Dünya

Ukraynada Azərbaycan vətəndaşı Ziya Nadirov həlak olub.

Bu barədə onun anası Gülnarə Əlibəyova sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Z.Nadirov Ukrayna tərəfində döyüşüb və dekabrın 4-də döyüş zamanı həlak olub.

Z.Nadirovun ölüm yeri dəqiqləşdirilməyib.

41 yaşlı mərhumun 2 oğlu qalıb.