Sobaya həlledici məhlul tökdü: Üzündən yanıq xəsartələri aldı – VİDEO

Dünya

İstanbulun Fatih rayonunda gənc oğlan üz nahiyəsindən yanıq xəsarətləri alıb.

Belə ki, çay evində sobadakı alovu artırmağa çalışan şəxs həlledici məhlulu alovun üzərinə töküb.

Nəticədə alovun həcmi anidən artaraq oğlanın üzünü yandırıb.

Hadisə çay evində quraşdırılan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Mənbə: İHA