Fransada güclü yanğın: Beşi uşaq olmaqla azı on nəfər ölüb

Dünya

Fransanın cənub-şərqindəki Overn-Rona-Alplar regionundakı Vols-an-Velen (Vaulx-en-Velin) kommunasında yaşayış binasında baş verən yanğında beşi uşaq olmaqla azı on nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə Rona departamentinin prefekturası “Twitter” səhifəsində məlumat yayıb.

Yanğının səbəbi hələlik məlum deyil. Dörd yaralının vəziyyəti ağırdır.

Yanğının söndürülməsinə 170 yanğınsöndürən və 65 texnika cəlb olunub.