Putin Lukaşenko ilə danışıqlar üçün Belarusa səfər edəcək

Dünya

Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Bu barədə məlumatı Kremlin mətbuat xidməti təsdiqləyib.

Görüş çərçivəsində iki dövlətin liderləri Rusiya-Belarus münasibətlərinin gələcək inkişafının əsas məsələlərini, İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığını vurğulamaqla strateji tərəfdaşlığı müzakirə edəcəklər.

Onlar həmçinin beynəlxalq və regional gündəliyin əsas mövzularını masaya yatıracaqlar.

Mənbə: Gazeta.ru