Almaniyada yeni yol nişanları peyda oldu

Dünya

Almaniyada Münhen və İnqolştadt arasındakı A9 avtomobil yolunda yeni yol nişanları peyda olub.

Onlar sürücülər və piyadalar üçün nəzərdə tutulmayıb, yalnız avtonom nəqliyyat vasitələri üçün bələdçi kimi xidmət edir.

70 sm diametrli dairəvi yol nişanlarında ağ-qara üçbucaqlardan ibarət naxış təsvir edilib. Üçbucaqların üzərində heç bir digər işarə yoxdur.

Yol nişanları sürücüsüz nəqliyyat vasitələrinin yolda daha yaxşı hərəkət etməsinə kömək edəcək. Onların kameraları təsviri oxuyur, sonra naviqasiya serverləri ilə sinxronizasiya edir.

Yeni nişanlardan ümumilikdə 13 ədəd hazırlanacaq.

Almaniya Nəqliyyat Nazirliyi A9 avtomobil yolunun sürücüsüz avtomobillər üçün rəqəmsal sınaq meydançasına çevriləcəyini bildirib. Bu yol nişanları avtonoom nəqliyat vasitələrinə öz yerini yüksək dəqiqliklə müəyyən etməyə kömək etməlidir.

Mənbə: focus.ua