Qızı Pelenin xəstəxanadan yeni fotosunu paylaşdı: “Birlikdə daha bir gecə…” – FOTO

Dünya

Əfsanəvi braziliyalı futbolçu Pelenin xəstəxanadan yeni fotosu paylaşılıb.

Futbolçunun qızı Keli Nasimento öz “Instagram” hesabında bununla bağlı paylaşım edib.

O, atasını qucaqlayarkən çəkdirdiyi fotonu dərc edib.

“Hələ də buradayıq, mübarizə aparırıq və inamımız var… Birlikdə daha bir gecə…” – deyə Keli fotoya şərh verib.

Ötən ilin noyabr ayından xərçəng xəstəliyindən xəstəxanada müalicə alan 82 yaşlı Pelenin xəstəliyinin irəlilədiyi, bütün bədəninə yayıldığı, böyrək və ürək funksiyasının pozulmasına səbəb olduğu bildirilib.

Mənbə: Haber Global