Pakistanda silsilə partlayışlar: 5 nəfər ölüb, 15 nəfər yaralanıb

Dünya

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində qumbaraatanlarla edilən silsilə hücumlar nəticəsində azı 5 təhlükəsizlik əməkdaşı ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, son sutka ərzində əyalətdə beş belə terror aktı qeydə alınıb. Hücumların hədəfinin insident bölgələrindəki Pakistanın hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin üzvləri olduğu iddia edilir.

Hələlik bölgədə fəaliyyət göstərən heç bir ekstremist qruplaşma hücumlara görə məsuliyyəti üzərinə götürməyib.

Mənbə: TASS