Avropa İttifaqı Gürcüstanı xəbərdar etdi: “Saakaşvili ölərsə, Aİ üzvlüyünü unudun”

Dünya

Gürcüstanın Avropa İttifaqına daxil olması ölkənin eks-prezidenti Mixail Saakaşvilinin işi ilə birbaşa bağlıdır.

Onun həbsxanada öləcəyi təqdirdə Tbilisi üzvlük məsələsini unuda bilər.

Bu barədə Avropa Parlamentinin deputatı Yasek Sariuş-Volski bildirib.

“Saakaşvilinin işi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması arasında bağlılıq fundamental əhəmiyyət kəsb edir. Bunlar bir-birindən ayrılmazdır. Eks-prezident həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək”, – deyə deputat qeyd edib.

Mənbə: RBC.ua