Moskva metrosunda ayaqqabısında partlayıcı olan gənc saxlanıldı

Dünya

Rusiyanın paytaxtı Moskvada “Kutuzovskaya” metro stansiyasında 18 yaşlı gənc saxlanılıb.

Axtarış zamanı gəncin ayaqqabısında partlayıcı hissəciklər aşkarlanıb. Bu partlayıcının trinitrotoluol olduğu məlum olub.  

Gənc iddia edib ki, idman ayaqqabılarını “Sadovod” bazarından alıb. O bildirib ki, Moskvaya Sahibkarlıq Akademiyasında oxumağa gəlib. Artıq öz biznesini də qurub:

“Sadovod” bazarından idman ayaqqabılarını alır və satır. Onun metroda geyindiyi ayaqqabılar da bu bazardan alınıb.

Gənc oğlan idman ayaqqabılarındakı partlayıcı ilə bağlı heç nə bilmədiyini iddia edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Gazeta.ru