ABŞ Türkiyənin adını dəyişdirdi

Dünya

ABŞ-da Türkiyənin tələbi ilə rəsmi sənədlərdə ölkənin adını göstərilməsi üçün “Turkiye” yazılışından istifadə ediləcək.

Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

“Departament göstəriş verib ki, yeni rəsmi sənədlərdə “Turkey” əvəzinə “Turkiye” yazılışından istifadə edilsin, baxmayaraq ki, bu halda tələffüz dəyişməyəcək”, – deyə qurumdan bildirilib.

Daha sonra Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə bu məlumatı təsdiqləyib.

Xatırladaq ki, ötən yay BMT Türkiyənin bütün rəsmi sənədlərdə respublikanın adının dəyişdirilməsi tələbini təmin etdiklərini bildirmişdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı açıqlamasında bildirib ki, Türkiyənin adının yazılışında olan dəyişiklik ölkənin dünyada nüfuzunun artırılması istiqamətində atılan addımlar çərçivəsində qəbul edilib.

Mənbə: Ren.tv