Dünyadakı qızılın təxminən 20 faizi mərkəzi banklarda saxlanılır

Baş səhifə

Bakı. Trend:

Bəşəriyyətin ilk tanış olduğu metallardan qızılın təyinatı
əsrlər boyu çox da dəyişməyib. Dünyada istehsal edilən sarı metalın
49 faizi zinət əşyalarının hazırlanmasına sərf olunur. Bu məsələ
Çin və Hindistan kimi ölkələrdə daha kütləvidir. Bu 2 ölkənin
əhalisi ənənəvi olaraq qızıl məmulatları alır və nəsildən-nəslə
ötürür.

Trend xəbər verir ki, bu
barədə Dünya Qızıl Şurasının hesabatında bildirilir.

Qeyd olunur ki, dünyadakı qızılın təxminən 20 faizi mərkəzi
banklarda saxlanılır. Bu rezervlər ölkələrin maliyyə sabitliyi üçün
zəruridir. İqtisadi böhran dövründə qızıl təhlükəsiz liman rolu
oynayır.


<!—->
<!––>

Qızılın 19 faizi isə birja sövdələşmələrində maliyyə aləti kimi
istifadə olunur.

Bu qiymətli metalın 9 faizə qədəri sənaye ehtiyaclarına sərf
olunur. Kosmik, elektronika və hərb sənayesində həssas detalların
istehsalı üçün qızıl əvəzedilməzdir. Bununla belə, sənayedə
istifadə həcminə görə gümüş son 100 ildə hər zaman qızılı
üstələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir