“Ekoloji Bilik Günü”ndə ekoturizm yarışması

Cəmiyyət

15 aprel Ekoloji Bilik Günü Abşeron Milli Parkında Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə təşkil olunmuş “Xəzər sahilində” adlı komandalararası ekoturizm yarışması ilə qeyd olunub.

60-dan artıq məktəblinin qatıldığı yarış Azərbaycan himni sədaları altında açılış mərasimi ilə başlanıb. Komandalar arasında Şahdili marşrutu üzrə piyada keçid yarışına start verilib. Təyin olunmuş marşrut üzrə tapşırıqları yerinə yetirəndən sonra məktəblilər Xəzər sahili ərazilərdə tullantıların təmizlənməsi aksiyasına qoşulub.

Tədbirin yekununda qaliblər diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir