Enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr təqdim edilib

Baş səhifə

Bakı. Trend:

Energetika Nazirliyində “Azərbaycanda enerji sektorunun
dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə
tövsiyələr” sənədinin təqdimatı keçirilib.

Trend
nazirliyə istinadən xəbər verir ki, sənəd “Energetika Nazirliyi və
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında
elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə
dair Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilən
“Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll
yolları” texniki yardım layihəsi çərçivəsində hazırlanıb.

Sənəddə Azərbaycanın Milli Səviyyədə Təyin Edilmiş Töhfələri
(NDC 3.0) və iqlimlə bağlı hədəflərə uyğun elektroenergetika
sahəsində dekarbonizasiyaya aparan Yol Xəritəsi təqdim edilib. Yol
Xəritəsi aşağı karbonlu enerji sisteminə keçidin sürətləndirilməsi
üçün prioritet istiqamətləri, mərhələləri və strateji yanaşmanı
özündə birləşdirir.


<!—->
<!––>

Bununla yanaşı, Yol Xəritəsində Azərbaycanın elektroenergetika
sektorunda karbon qazı emissiyalarının əhəmiyyətli dərəcədə
azaldılması üçün zəruri olan siyasətləri, generasiya
texnologiyalarını, qanunvericilik çərçivələrini, institusional
mexanizmləri, potensialın artırılmasını, sosial-iqtisadi tədbirləri
və investisiyaları əhatə edən bir sıra tövsiyələr əksini tapıb.

Tədbirdə Energetika, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii
Sərvətlər nazirliklərinin, “Azərişıq” ASC, “Azərenerji” ASC-nin,
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji
Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir