Eray Güçlüer: Gürcüstanda qəzaya düşən hərbi təyyarənin qara qutusu Türkiyədə oxunacaq

Baş səhifə
Eray Güçlüer: Gürcüstanda qəzaya düşən hərbi təyyarənin qara qutusu Türkiyədə oxunacaq

Gürcüstan ərazisində qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsinin qara qutusu ölkəmizdə oxunacaq.

“Report” xəbər verir ki, bunu “Haber Global” telekanalının efirində İstanbul Altınbaş Universitetinin dosenti, hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib.

Onun sözlərinə görə, Türkiyə axtarış-xilasetmə işləri üçün bölgəyə Akıncı Hücum Tipli Pilotsuz Uçuş Aparatı göndərib: “Odur ki, yaxın müddət ərzində qara qutuların tapılma ehtimalı çox yüksəkdir. Eyni zamanda qara qutular bizdə oxunacaq, Amerikaya göndərilməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir