Ermənistan məhkəməsi iş adamı Samvel Karapetyanın həbsdə qalmasına qərar verib

Baş səhifə
Ermənistan məhkəməsi iş adamı Samvel Karapetyanın həbsdə qalmasına qərar verib

Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərin vəsatətini rədd edib.

“Report” erməni KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, təqsirləndirilən şəxs həbsdə qalacaq.

Xatırladaq ki, Karapetyan iyun ayında iki aylıq müddətə həbs olunmuşdu. Ona qarşı hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar ittihamı irəli sürülüb. Daha sonra məhkəmə onun həbs müddətini əvvəlcə oktyabrın 18-ə, sonra isə noyabrın 17-ə qədər uzadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir