“Everton”a yeni baş məşqçi təyin edilib

İdman

Şon Dayç “Everton”un yeni baş məşqçisi olub.

O, komanda ilə iki il yarımlıq müqavilə imzalayıb.

51 yaşlı mütəxəssis 2022-ci ilin aprelində “Börnli”dən qovulandan bəri işsizdi.

Qeyd edək ki, hazırda “Everton” 15 xalla Premyer Liqada 19-cu yerdədir.

Mənbə: sport-express.ru