Fəzail Adlı Körpənin Dünyaya Gəlişi Böyük Məmnuniyyətlə Qarşılandı – Ailəyə Qürur və Sevinc Bəxş Edən Hadisə

Baş səhifə


Uşaqlarımızın sağlamlığı və gələcəyi hər birimiz üçün ən ali dəyərdir. Bu dəyərin qorunması istiqamətində görülən hər iş isə həm ailələr, həm də cəmiyyət üçün böyük sevinc doğurur. Vətəndaşın müraciətinə əsasən səhhətində problem yaranan körpənin Məlhəm Beynəlxalq Hospitala yerləşdirilməsi təmin olunub. Həkimlərin peşəkar müdaxiləsi nəticəsində əməliyyat uğurla həyata keçirilib və körpənin səhhəti ilə bağlı təhlükə aradan qaldırılıb.

Əməliyyatın müsbət nəticəsi valideynlər üçün həm sevinc, həm də minnətdarlıq hissi yaradıb. Onlar göstərilən diqqətə görə xüsusilə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalıya təşəkkürlərini bildiriblər. Valideynlər qeyd ediblər ki, Günay xanımın duyarlılığı, vətəndaşlara həssas yanaşması və xeyirxah dəstəyi bu xoş sonluğa aparan yolu daha da asanlaşdırıb.

Bu sevindirici hadisənin daha bir qürurverici məqamı isə ailənin yeni doğulan körpəyə Fəzail adını verməsidir. Balaca Fəzailin adının Ana Vətən Partiyasının sədri, sabiq millət vəkili Fəzail Ağamalının adını daşıması ailənin həmin şəxsə olan böyük hörmətinin, mənəvi bağlılığının və dövlətçilik dəyərlərinə sədaqətinin bariz nümunəsi kimi qiymətləndirilir. Bu ad həm də fədakarlığın, dürüstlüğün və Azərbaycan dövlətinə sədaqətin simvoludur.

Məlhəm Beynəlxalq Hospitalın baş həkimi Sevda Əlizadə başda olmaqla bütün tibb heyətinə də xüsusi təşəkkür düşür. Onların peşəkarlığı, diqqəti və məsuliyyəti əməliyyatın uğurla nəticələnməsində mühüm rol oynayıb.

Balaca Fəzailə Allahdan şəfa, sağlamlıq və uzun ömür arzulayırıq. Uşaqlarımızın sağlamlığı uğrunda görülən hər bir iş bizim üçün qürur və şərəfdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir