Federasiya prezidenti: “Rafael Fiziyevin Bakıya gətirilməsini oğullarım təşkil edib”

İdman

“Rafael Fiziyevin Bakıya gətirilməsindən heç mənim xəbərim olmayıb. Bunu oğullarım təşkil edib”.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov bildirib.

O, Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin Bakıya səfərində rolunun olmadığını qeyd edib:

“Fiziyevin Azərbaycana gəlişində Gənclər və idman Nazirliyinin də rolu olub. Dünən özüm də Rafaellə şəxsən tanış oldum. Tək idmançı yox, insan kimi də çox yaxşıdır. Əsl azərbaycanlıdır. Gələcəkdə onun bura dəvət olunmasında mən də iştirak edə bilərəm”, – deyə əlavə edib.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir