FHN rəsmisindən meşə ərazilərində aşkarlanan qanunsuz ocaqxanalarla bağlı AÇIQLAMA

Cəmiyyət

“Keçən il meşə ərazilərinə yaxın yerlərdə qanunsuz ocaqxanalarda kömür istehsalı ilə bağlı 20-yə yaxın fakt aşkar olunub”.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda məlumat verib.

FHN rəsmisinin sözlərinə görə, sözügedən faktlar sənədləşdirilərək baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib:

“Bu istiqamətdə bu gün də nəzarət tədbirləri davam etdirilir. Cari ilin mart ayı ərzində Qax rayonunda qanunsuz ocaqxanalarla bağlı 16 nəfərin fəaliyyəti aşkarlanıb və aidiyyəti üzrə tədbirlər görülüb. Odur ki, vətəndaşlarımız bu məsələdə diqqətli olmalıdırlar”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir