Finlandiya Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edir

Dünya

Finlandiya Mərkəzi Kriminal Polisi Rusiyaya məxsus 4 sərnişin təyyarəsinin ölkənin hava məkanını pozduğunu bildirib. Onların Finlandiya körfəzindəki Loviisa şəhəri sahillərində hava sərhədini keçdikləri, lakin tələb olunan icazəni almadıqları iddia edilir.

Hələki ittiham irəli sürülməsə də, təyyarələrin Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozduğu ehtimalı üzərində dayanılır. Polis orqanları bununla bağlı işi Müdafiə Qüvvələri və Finlandiya Sərhəd Mühafizəsi ilə birlikdə araşdırır.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir