Fransa Kubokunda bir matçda 44 penalti zərbəsi yerinə yetirilib

Baş səhifə
Fransa Kubokunda bir matçda 44 penalti zərbəsi yerinə yetirilib

Fransa Kubokunda bir matçda qalibi müəyyənləşdirmək üçün 44 penalti zərbəsi yerinə yetirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, turnirin 1/64 finalında “Stenvord” və “Betun” komandaları arasında keçirilən görüşdə reallaşıb.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün ehtiyac duyulan penaltilər seriyasında isə komandalar ümumilikdə 44 zərbə vurublar. Zərbələrin cəmi 3-ü hədəfə düşməyib.

Nəticədə “Betun” komandası penaltilər seriyasında daha dəqiq olub – 21:20.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir