Fransada yaşayan iranlılar artıq 12 həftədir molla rejiminə etiraz edirlər – VİDEO

Dünya

Fransada yaşayan iranlılar artıq 12 həftədir ki, molla rejiminə qarşı etiraz aksiyaları keçirirlər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Belə ki, yanvarın 1-i, bazar günü Fransada yaşayan iranlılar İrandakı xalq etirazlarını dəstəkləmək üçün Parisdə Sorbon Universitetinin qarşısına toplaşıblar.

Aksiya iştirakçıları Fransada yaşayan bütün iranlıları, xüsusilə Lion və Marseldə məskunlaşanları onlara qoşulmağa səsləyiblər.