Fransada qarın yağmaması ilə əlaqədar xizək kurortlarının 70 faizi fəaliyyətini dayandırıb.
Fransa xizək kurortları assosiasiyasının məlumatına görə, bu, Fransa üçün görünməmiş haldır.
Xizək kurortlarından birinin təlimatçısı Jan Mişel bildirib ki, obyektlərin bağlı qalması burada işləyən minlərlə insanın işsiz qalması deməkdir.
Fransa xizək kurortları assosiasiyası isə xəbərdarlıq edib ki, iqlim dəyişikliyi davam edərsə, bu sahədə çalışan 400 min insanın taleyi risk altında olacaq.
Mənbə: Euronews
