Dünyanın daha bir maraqlı futbol çempionatı Azərbaycanda yayımlanacaq.
Bununla bağlı İctimai Televiziya məlumat yayıb.
Bildirilib ki, bundan sonra Braziliya A seriyasının oyunları İTV ekranlarında canlı yayımda azarkeşlərin görüşünə gələcək.
Kanaldan verilən məlumatda qeyd olunub ki, hər turun ən maraqlı görüşləri seçilərək canlı yayımlanacaq.
Qeyd edək ki, Braziliya ilə Azərbaycan arasında 7 saatlıq zaman fərqi var.
www.102info.az
