Futbol üzrə Ukrayna millisinin 64 yaşlı baş məşqçisi ölkəsinin müdafiəsinə qoşulub

Dünya

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Petrakov ölkəsinin müdafiəsində iştirak edir və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulub. 

Bu barədə Ukrayna mətbuatı məlumat verir .

Qeyd olunur ki, 64 yaşlı mütəxəssis hazırda Kiyevdədir və öz evində “Molotov kokteyl”i düzəltməklə məşğuldur.

Qeyd edək ki, daha əvvəl də Ukrayna millisinin formasını geyinmiş keçmiş futbolçular Aleksandr Əliyev və Andrey Boqdanovun ölkəsini müdafiə etmək üçün könüllü olaraq əllərinə silah aldıqlarına dair məlumat yayılmışdı. 

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir